Tamamilə yenilənmiş Toyota C-HR təqdim edildi! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tamamilə yenilənmiş Toyota C-HR təqdim edildi! - FOTO

09:45 - 23 / 02 / 2024
Tamamilə yenilənmiş Toyota C-HR təqdim edildi! - FOTO

Toyota ailəsinin öz fərqliliyi ilə diqqət çəkən modeli “Toyota C-HR” tam yenilənmiş dizaynı ilə Gürcüstanın Kaçreti bölgəsində keçirilən təqdimat mərasimində avtomobilsevənlərə təqdim olundu!

Təqdimatda modelin yenilənmiş dizaynı, texnoloji yenilikləri, performansı və digər bütün üstünlükləri barədə ətraflı məlumat verildi. Yanvar ayının 25-də Gürcüstanda keçirilən təqdimatda Azərbaycandan da bir sıra məşhur avto və "lifestyle" bloqqerlər iştirak edib. Tədbirdə iştirakçılara modelin tamamilə yenilənmiş interyer və eksteryer dizaynı haqqında ətraflı məlumat verilib. Məlumatlandırma mərasimindən sonra qonaqlar modelin test sürüşündə də iştirak ediblər.

Toyota C-HR artıq daha müasir və daha innovativ görünüşdə!

İlk versiyası 2016-cı ildə təqdim olunan “Toyota C-HR” yeni nəsil avtomobillər arasında öz dizaynı ilə seçilib və daim diqqət mərkəzində olub. Yeniliyin və müasirliyin təcəssümü olan “Toyota C-HR” 2-ci nəsil buraxılışı ilə də bir sıra yenilikləri özündə cəmləməyi bacarıb.

Modelin ilk baxışdan ən diqqət çəkən xüsusiyyətləri müasir dizayn elementləri ilə əhatə olunmasıdır. “Toyota C-HR” əvvəlki dizayn dilinə sadiq qalsa da, artıq daha parlaq və göstərişlidir. Avtomobilin ön hissəsinə baxdıqda bizi “3D arxitekturalı oxa bənzəyən” LED ön faralar, onları müşayiət edən arqresiv və idman görünüşlü radiator barmaqlıqları qarşılayır. 64 ədəd fərqli rənglərdə kabin işıqlandırması, Toyota-nın ən son qlobal arxitekturasına xas olan GA-C platforması, yeni kuzova quraşdırılmış qapı tutacaqları da modelin diqqət çəkən dizayn elementlərindəndir.
Yeni nəsil “Toyota C-HR” avtomobillərinin interyeri də olduqca gözoxşayandır. Avtomobil 12,3 düymlük tam rəqəmsal cihazlar panelinə malikdir. İstehlakçılar bu ekranı istədikləri kimi fərdiləşdirə bilərlər. Mərkəzi konsol da 8 və ya 12,3 düymlük multimedia ekranı ilə təchiz olunub. Bu multimedia ekranı simsiz Apple CarPlay və ya Android Auto dəstəyi təklif edir.


“Toyota C-HR” performansı ilə diqqət çəkir!

Yeni nəsil “Toyota C-HR” hibrid mühərrikə sahibdir. Kapotun altında bizi 1,8 litrlik və ya 2,0 litrlik hibrid mühərrik qarşılayır. 1,8 litrlik mühərrik yalnız ön ötürücülü versiya ilə təklif olunsa da, 2,0 litrlik modeldə tam ötürücülü (4WD) versiya mövcuddur. “Toyota C-HR” 140 at gücü (1,8 litr) və 197 at gücü (2,0 litr) ilə effektiv sürüş performansı vəd edir.

Qeyd edək ki, yeni nəsil “Toyota C-HR” modeli “Toyota” modelleri arasında ekoloji liderdir. Əvvəlki model “Toyota C-HR”la müqayisədə iki dəfə daha çox təkrar emal olunmuş plastik materiallardan istifadə olunmuşdur. Həmçinin avtomobildə heyvan mənşəli materiallardan istifadə olunmamışdır. Avtomobil “Toyota”nın qabaqcıl “T-Mate” təhlükəsizlik sistemi ilə də təchiz olunmuşdur.

Bu möhtəşəm avtomobilə sahib olmaq istəyirsinizsə, sizə xoş xəbərimiz var! “Toyota C-HR” modelini artıq Azərbaycandakı rəsmi dillerlərdən satın ala bilərsiniz!

Reklam hüququnda

Paylaş:
424

Son xəbərlər

Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32İlham Əliyev Tailand Kralını təbrik edibBu gün, 11:12Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 10:52Prezident: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyirBu gün, 10:41Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıbBu gün, 10:21Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 10:12Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHIBu gün, 09:55İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edibBu gün, 09:53Azərbaycan neftinin bahalaşması davam edirBu gün, 09:36Gəncədə taksi sürücüsü bıçaqlanıbBu gün, 09:23Daha bir piyada keçidinin inşası yekunlaşdırılıbBu gün, 09:09Bakıda sıxlıq olan küçə və prospektlərBu gün, 08:53“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54
Bütün xəbərlər