Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Qafar Ağayev09:40 - 23 / 02 / 2024
Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər