BŞTİ-nin müdiri təyin olunan Nərmin Hüseynova kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞTİ-nin müdiri təyin olunan Nərmin Hüseynova kimdir? - DOSYE

Qafar Ağayev11:24 - 23 / 02 / 2024
BŞTİ-nin müdiri təyin olunan Nərmin Hüseynova kimdir? - DOSYE

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə edilib.

1news.az "Azərbaycan Müəllimi" qəzetinə istinadən Nərmin Hüseynova haqqında məlumatı təqdim edir:

Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.

2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.

Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb.

Evlidir, 2 övladı var.

Qeyd edək ki, BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva 4 oktyabr 2023-cü il tarixində MÜTDA-nın direktor müavini təyin edilib.

Paylaş:
3771

Son xəbərlər

Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq06 / 11 / 2024, 17:45Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək06 / 11 / 2024, 17:39Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib - FOTO06 / 11 / 2024, 17:22Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb06 / 11 / 2024, 17:20Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur06 / 11 / 2024, 17:12“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib06 / 11 / 2024, 16:52Azərbaycanda bələdiyyə seçkiləri nə zaman keçirilə bilər? - MSK sədri açıqladı06 / 11 / 2024, 16:26İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO06 / 11 / 2024, 16:13Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb06 / 11 / 2024, 16:08Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO06 / 11 / 2024, 16:07Tramp qələbə qazandığını elan edib06 / 11 / 2024, 15:51COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək06 / 11 / 2024, 15:44Bakı metrosunun iş rejimi COP29 zamanı dəyişdiriləcək06 / 11 / 2024, 15:31Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir06 / 11 / 2024, 15:25“Kartdan karta” üsulu ilə işləyən daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib06 / 11 / 2024, 15:13COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb06 / 11 / 2024, 14:58Prezident: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir06 / 11 / 2024, 14:488 Noyabr prospekti bu gecədən bağlanır06 / 11 / 2024, 14:36Azərbaycan Prezidenti Donald Trampı təbrik edib06 / 11 / 2024, 14:20Bişkekdə 4SİM-in təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb06 / 11 / 2024, 13:58
Bütün xəbərlər