Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Qafar Ağayev14:48 - 24 / 02 / 2024
Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

1news.az xəbərinə görə, qərara əsasən, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq. Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.

Paylaş:
1726

Son xəbərlər

Bütün xəbərlər