Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub | 1news.az | Xəbərlər
Mədəniyyət

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub

Qafar Ağayev15:57 - 24 / 02 / 2024
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində fevralın 23-də ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Abdülrəhman bin Həməd Al Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən gəlmiş qonaqlar, yerli ziyalılar və digərləri konserti izləyiblər.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb.

Sonra Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev, Emin Sabitoğlu, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri böyük məharətlə ifa olunub.

Solistlər Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (qanun), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmovanın çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 21-dən Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günlərinə fevralın 24-də yekun vurulacaq.

Paylaş:
569

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıbBu gün, 17:50Sergey Narışkin Bakıda səfərdədirBu gün, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTOBu gün, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTOBu gün, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilibBu gün, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVABBu gün, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıbBu gün, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilirBu gün, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİBBu gün, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilibBu gün, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilibBu gün, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQBu gün, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcəkBu gün, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölübBu gün, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEOBu gün, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulubBu gün, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaqBu gün, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edibBu gün, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsinBu gün, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulubBu gün, 14:41
Bütün xəbərlər