Azad olunan ərazilərdə indiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərdə indiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı

11:42 - 24 / 02 / 2024
Azad olunan ərazilərdə indiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, indiyə kimi Xocalıda 613 nəfər qətlə yetirilib: "Torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq".

E.Səmədov eyni zamanda yaxın vaxtlarda yenidən itkin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə məlumat veriləcəyini söyləyib.

Qeyd edək ki, fevralın 23-də Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.

Paylaş:
171

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblarBu gün, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTOBu gün, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürübBu gün, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 16:01Rəsmi Bakıdan Paşinyana cavabBu gün, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidirBu gün, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıbBu gün, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıbBu gün, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olubBu gün, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 12:56Bazar gününün hava proqnozuBu gün, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilibBu gün, 12:13Azərbaycan nefti bahalaşıbBu gün, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edibBu gün, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaqBu gün, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”Bu gün, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVABu gün, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıbBu gün, 10:39
Bütün xəbərlər