FHN: Ötən sutka ərzində 4 azyaşlı xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ərzində 4 azyaşlı xilas edilib

Qafar Ağayev14:08 - 26 / 02 / 2024
FHN: Ötən sutka ərzində 4 azyaşlı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən sutka ərzində 4 azyaşlı xilas edilib, yanğın zamanı 6 nəfər təxliyə edilib.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər