Yol polisi məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı xəbərdarlıq edib

11:06 - 27 / 02 / 2024
Yol polisi məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı xəbərdarlıq edib

Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da daxil olur.

"Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar", - deyə məlumatda qeyd olunub.

BDYPİ valideynlərə belə hallara yol verməmələri ilə bağlı çağırış edib.

Paylaş:
199

Son xəbərlər

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdıBu gün, 11:14Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilibBu gün, 11:08Sumqayıt və Lənkəranda növbəti güzəştli mənzillərin satışına start verilibBu gün, 11:02Koroğlu Rəhimov küçəsində obyektin parkinqinə çevrilən piyada səkisi - Hansı tədbirlər görüləcək? - FOTOBu gün, 10:58Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilibBu gün, 10:35Beyləqanda avtomobillər toqquşubBu gün, 10:33Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılırBu gün, 10:02AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:01
Bütün xəbərlər