İyirmi bir il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyirmi bir il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

12:58 - 27 / 02 / 2024
İyirmi bir il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

1news.az Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, muxtar respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

Faktla bağlı Kəngərli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Paylaş:
211

Son xəbərlər

Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib14 / 10 / 2024, 13:40Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB14 / 10 / 2024, 13:16Sabahın hava proqnozu14 / 10 / 2024, 12:41İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib - FOTO14 / 10 / 2024, 12:38Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”14 / 10 / 2024, 12:12
Bütün xəbərlər