Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb

13:42 - 28 / 02 / 2024
Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb

Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər