Ermənistana azıb keçən hərbçimizin FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistana azıb keçən hərbçimizin FOTOSU

13:48 - 28 / 02 / 2024
Ermənistana azıb keçən hərbçimizin FOTOSU

Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində Ermənistanın Teg rayonuna keçən əsgər Ruslan Pənahov haqqında bəzi təfərrüatlar məlum olub.

1news.az-ın "Unikal"a istinadən əldə etdiyi məlumata görə, hərbçimiz əslən Şəmkir rayonundandır. O, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.

Qardaşının verdiyi məlumata görə, ailə Şəmkir şəhərində qalır. Ruslan valideyni ilə sonuncu dəfə 2 gün əvvəl danışıb. 2 qardaş və bir bacı olmaqla 3 övladdırlar.

Adıçəkilən əsgərimizin fotolarını təqdim edirik.

Paylaş:
442

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər