Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәrin məbləği açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәrin məbləği açıqlandı

Qafar Ağayev16:51 - 28 / 02 / 2024
Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәrin məbləği açıqlandı

2023-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363,6 milyon әdәd, dəyəri isə 379,3 milyard manat tәşkil edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 94 % və 19,1 % çoxdur.

Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 85,9 %-i və yaxud 312,2 milyon әdәdi, dəyər üzrә isә 79,6 %-i və yaxud 301,8 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,3 dəfə və 23,7 % çoxdur.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 12 % artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 2 dəfə artaraq 46,2 milyard manat olub.

Paylaş:
260

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər