Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Lahorda işgüzar səfərdə olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Lahorda işgüzar səfərdə olub - FOTO

09:45 - 28 / 02 / 2024
Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Lahorda işgüzar səfərdə olub - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23-27 fevral 2024-cü il tarixlərində Pakistan İslam Respublikasının Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda işgüzar səfərdə olub.

Səfər Azərbaycan-Pakistan Hökümətlərarası Birgə Komissiyasının 7-ci Sessiyasının qərarı, habelə Lahor Qala Şəhəri Administrasiyası ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə imzalanan “Dostluq və Əməkdaşlıq haqqında Protokol” (24 noyabr 2021-ci il tarixli) əsasında həyata keçirilib.
Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri cənab Kamran Laşari ilə görüş keçirilmiş, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunmuşdur.

Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən ümumdünya irs mirası hesab olunan Lahor Fort kompleksinin restavrasiyasını həyata keçirən "Ağa Xan" Fondunun rəhbərliyi ilə görüş keçirilmiş, bərpa və restavrasiya layihələri ilə tanış olunmuş və ətraflı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası "Lahor Fort" kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunmuşdur. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olmuşdur.

Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.

#İçərişəhərim #Icherisheher #oldcity

Paylaş:
255

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər