İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

12:23 - 28 / 02 / 2024
İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Fevral ayının 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər