Daha 4 rayona prokuror təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 4 rayona prokuror təyin olunub

Qafar Ağayev12:45 - 28 / 02 / 2024
Daha 4 rayona prokuror təyin olunub

Baş Prokuror Kamran Əliyev tərəfindən daha 4 rayona prokuror təyin edilib.

1news.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov və Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyin olunublar.

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər