Ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub

Qafar Ağayev13:35 - 29 / 02 / 2024
Ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub

2023-cü ildə ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub. Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.

Ötən il insan hüquqlarının təmin edilməsi istiqamətində diqqətçəkən məqamlardan biri də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Ombudsman Aparatının Mərkəzi Seçki Komissiyası ilə birgə bölgələrdə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda geniş maarifləndirmə proqramının həyata keçirilməsidir.

1news.az xəbər verir ki, bu fikirləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin fevralın 29-da keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2023-cü il üçün illik məruzəsinin müzakirəsi zamanı səsləndirib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı danışan A.Səfixanlı bildirib ki, azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən Ombudsman Aparatı tərəfindən şəxsiyyət vəsiqələri, həmçinin İraqdan, Suriyada olan insanlarımızın hüquqların müdafiəsi istiqamətində müvafiq işlər görülüb və görülür.

A.Səfixanlı qeyd edib ki, ombudsmanın ömürlük həbs cəzasına məhkum olunmuş vətəndaşlarımızın taleyi ilə maraqlanır və onların məsələlərini diqqətdə saxlayır. Onun sözlərinə görə, məhkumların öz ailə üzvləri və qohumlarla görüşməsi onların sosial reabilitasiyasında müsbət rol oynayır.

Paylaş:
196

Son xəbərlər

Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunurBu gün, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıbBu gün, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilibBu gün, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilibBu gün, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıbBu gün, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaqBu gün, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olubBu gün, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edirBu gün, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblərBu gün, 13:52Çərşənbə gününün hava proqnozuBu gün, 13:29Azərbaycan xüsusi təyinatlılarının da qatıldığı “Sonsuz qardaşlıq - III” çoxmillətli təliminin açılışı olubBu gün, 13:19Nazir: “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim düşməkdən daha çətindir”Bu gün, 12:40Emin Əmrullayev: “May ayından sonrakı iki həftədə səmərəliliyimiz aşağı düşür”Bu gün, 12:28Bakıda məktəb və bağçalarda aparılan monitorinqlərin sayı açıqlandıBu gün, 11:58“Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində tədris digərlərindən gec başlayacaq”Bu gün, 11:49Ardıcıl hərbi-siyasi tədbirlər dayanıqlı sülhün təmin olunmasına hesablanıbBu gün, 11:47Nazir: Rus dili bölməsində təhsil alan şagirdlər öz tarixini və ədəbiyyatını Azərbaycan dilində öyrənməlidirlərBu gün, 11:41COP29 ərəfəsində bağçalar işləyəcək? - Nazirdən AÇIQLAMABu gün, 11:29Emin Əmrullayev: “Qəzalı məktəblərin sayı yarıbayarı azalıb”Bu gün, 11:21Qadını şantaj edib pul alan 22 yaşlı oğlan tutulubBu gün, 11:13
Bütün xəbərlər