Meşə yanğınları nəticəsində Texas ştatının 60 dairəsində təbii fəlakət rejimi elan edilib
ABŞ-ın Texas ştatında meşə yanğınları 200 min hektardan çox ərazini əhatə edib. Bu, ştat ərazisində ikinci ən böyük yanğın kimi tarixə düşüb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Texas ştatının 60 dairəsində təbii fəlakət rejimi elan edilib. Yanğın Oklahoma ştatına da yayılıb. Hələlik yanğının qarşısı almaq mümkün olmur.
Meşə yanğınları səbəbindən Texasdakı “Pantex” nüvə silahı zavodu fəaliyyətini dayandırıb. Müəssisənin əməkdaşları və yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinləri təxliyə edilir. Ölənlər, yaxud xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, güclü küləklər, quraqlıq və isti hava şəraiti yanğının sürətlə yayılmasına səbəb olur. Amerika mediası hazırkı yanğınların miqyasının ötən ildə baş verən yanğınları geridə qoyduğunu yazır.