Deputat: “Azərbaycanı ittiham etməyə çalışan Ermənistan nədənsə arxivlərin açılmasına maraqlı görünmür” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Azərbaycanı ittiham etməyə çalışan Ermənistan nədənsə arxivlərin açılmasına maraqlı görünmür”

Qafar Ağayev14:59 - 29 / 02 / 2024
Deputat: “Azərbaycanı ittiham etməyə çalışan Ermənistan nədənsə arxivlərin açılmasına maraqlı görünmür”

“Sumqayıt hadisələrinin baş verməsindən 36 il ötdü. 1988-ci ilin fevralının son günlərində baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri olub".

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin günlər daha bir təxribata əl atıblar. Məqsəd isə dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyulub. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, əvvəllər iki dəfə məhkum edilmiş Eduard Qriqoryan olduğunu sübut edir. E.Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kuliminasiyası idi”.

Deputat bildirib ki, 1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanında Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayiş keçirilib.

"Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edilib. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib. Yeri gəlmişkən, bugünlərdə Ermənistanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Sumqayıt hadisələrini təhrif edib. Lakin bütün bunlar Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir. Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların, ekstremist təşkilatların əvvəlcədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir".

Millət vəkilinin sözlərinə görə, hadisələrin səbəbkarı, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan Moskvaya aparılıb, sonra cəzasını çəkmək üçün Ermənistana köçürülüb və sonradan azadlığa buraxılıb. Məlumatlara görə, o hələ də sağdır.

Sevinc Fətəliyeva qeyd edib ki, bu məsələdə Azərbaycanı ittiham etməyə çalışan Ermənistan nədənsə arxivlərin açılmasına maraqlı görünmür: “Görünür, rəsmi İrəvan 1915-ci ilin uydurma “erməni soyqırımı” ilə bağlı arxivləri açmadığı kimi, Sumqayıt hadisələri haqqında arxivlərin açılmasını istəmir. Çünki arxivlər açılarsa, əsl həqiqətlər də üzə çıxacaq, dünya erməni xislətinə bird aha şahid olacaq. Digər tərəfdən, Sumqayıt hadisələri müasir dövrümüzdə baş verib və buna görə də, ermənilər bu hadisə ilə bağlı yalanlarına heç kimi inandıra bilməzlər. Əslində, erməni tərəfi azərbaycanlılara qarşı misli görünməmiş cinayətlərə görə cavab verməlidir”.

Paylaş:
173

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər