“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

Ayşən İsmayılova16:19 - 29 / 02 / 2024
“Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart 2024-cü il tarixindən başlanacaq".

1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir".

Nazir bildirib ki, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Emin Əmrullayev qeyd edib ki, müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə "Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. “Bundan başqa, namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”, - deyə nazir vurğulayıb.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər