Emin Əmrullayev: “Azərbaycanda məktəblərdə rus bölməsində müəllim çatışmazlığı var”
“Rus bölməsində müəllim çatışmazlığı var”.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
“Bu istiqamətdə vakansiyalarımız var, hər il boş qalır.Azərbayan bölməsində biz ibtidai sinif müəllimini Bakı şəhərində 80 balla götürürük, rus bölməsində müəllimlər üçün işə qəbul balı isə 30 baldır. Aşağı-yuxarı keçid balını keçənlərin hamısını götürürük, çünki başqası yoxdu, olanımız odur”.
“Bizim cəmiyyət hələ də elə fikirləşir ki, rus dilində oxumaq daha yaxşıdır, bunun səbənini desələr, biz də bilərik” – deyə nazir əlavə edib:
“Azərbaycanda tədrisin dili Azərbaycan dilidir. Çünki Azərbaycanın rəsmi dili Azərbaycan dilidir. Bizim Azərbaycan məktəblərində Azərbaycan vətəndaşları üçün hər zaman yer var.
Nazir deyib ki, 300-də artıq məktəbdə rus dilində siniflər fəaliyyət göstərir. İki dildə məktəb saxlamaq bizim üçün çətindir. Əgər müəllim olarsa, rus dilində əlavə siniflər aça bilərik”.