Ruslan Pənahov Ermənistanda həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ruslan Pənahov Ermənistanda həbs edilib

10:57 - 29 / 02 / 2024
Ruslan Pənahov Ermənistanda həbs edilib

Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan hərbçisi Ruslan Pənahova qarşı uydurma ittihamlarla cinayət işi başlanılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Bildirilir ki, R. Pənahov barəsində diversiyaya cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçinin müstəntiqin qərarı ilə həbs edildiyini də açıqlayıb.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər