Mədəniyyət Nazirliyində “TikTok” nümayəndə heyəti ilə görüş olub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət Nazirliyində “TikTok” nümayəndə heyəti ilə görüş olub - FOTO

Qafar Ağayev13:47 - 01 / 03 / 2024
Mədəniyyət Nazirliyində “TikTok” nümayəndə heyəti ilə görüş olub - FOTO

Fevralın 29-da Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə "TikTok" videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.

Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün "TikTok" tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.

Xatırladaq ki, 21 fevral – 21 aprel tarixlərini əhatə edən #TikTokdanÖyrən" layihəsinin məqsədi mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə “TikTok” platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Bu günədək müsabiqəyə 6 muzey, 1 kitabxana, 13 teatr qoşulub. Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir. Eyni zamanda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.

Paylaş:
443

Son xəbərlər

Məhkəmə 4 yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar veribBu gün, 16:37Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 16:36“Qarşıdakı günlərdə şikayətlərin araşdırma nəticələri MSK-nın iclasında müzakirəyə çıxarılacaq”Bu gün, 16:28Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edirBu gün, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilirBu gün, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanıBu gün, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?Bu gün, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olarBu gün, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAMBu gün, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdürBu gün, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edibBu gün, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilibBu gün, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülübBu gün, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıbBu gün, 13:38Avtomobillə İçərişəhərə girmək istəyənlərin NƏZƏRİNƏBu gün, 13:14Sabah yağış yağacaq - ProqnozBu gün, 13:07“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcəkBu gün, 13:03Yasamalda evdən 90 min manata yaxın oğurluq olubBu gün, 12:51Nazirdən alimlərə sual: “Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”Bu gün, 12:48
Bütün xəbərlər