Azərbaycan və Özbəkistan XİN başçıları regional əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə danışıblar.
Görüş barədə özünün “X” hesabında paylaşım edən C.Bayramov yazıb ki, həmkarını rəsmi Bakının regional sülh səyləri barədə məlumatlandırıb.