“Xocəsən”dən “Avtovağzal”a gedən qatarların hərəkəti bərpa olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xocəsən”dən “Avtovağzal”a gedən qatarların hərəkəti bərpa olub - YENİLƏNİB

Qafar Ağayev18:20 - 01 / 03 / 2024
“Xocəsən”dən “Avtovağzal”a gedən qatarların hərəkəti bərpa olub - YENİLƏNİB

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.

Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyirik.

....

16:24

"Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirlib ki, Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb.

"Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
"Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər. Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.
Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik" - deyə məlumatda qeyd olunub

Paylaş:
427

Son xəbərlər

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdıBu gün, 11:44Kibercinayətlə bağlı qalmaqallı cinayət işi - Mikro kredit bazarının lideri olan Azpulmat-ın tövsiyələriBu gün, 11:42Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcəkBu gün, 11:41Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılırBu gün, 11:39Məhkəmə-Hüquq Şurasının iclası keçirilibBu gün, 11:15Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişirBu gün, 11:07SİMA-da hər gün 40000 nəfər uğurla qeydiyyatdan keçirBu gün, 11:04Növbəti iki gündə geomaqnit qasırğası olacaqBu gün, 10:48Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 10:39Kamala Harris və Donald Tramp ilk dəfə debatda qarşılaşdılarBu gün, 10:23Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirici videoçarxlar hazırlanıbBu gün, 10:01İsmayıllı meşəsində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:51AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:22Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qəza olub, sıxlıq yaranıbBu gün, 09:11Laçın şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:09Xocavənddə yanğın baş verib, əraziyə helikopterlər cəlb olunub - VİDEOBu gün, 09:03NİİM Bakının tıxac olan küçələrini açıqladıBu gün, 09:02Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44
Bütün xəbərlər