Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub

Qafar Ağayev09:47 - 01 / 03 / 2024
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub

Bu il yanvarın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 11 milyard 434,4 milyon manat və yaxud 2023-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 9,3 %-i qədər olub.

1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 10 milyard 208,8 milyon manatı (6 milyard 005,2 milyon ABŞ dolları) və yaxud 89,3 %-i xarici kreditlərin, 1 milyard 225,6 milyon manatı və yaxud 10,7 %-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətli borcun 4 milyard 440 milyon ABŞ dollarını və yaxud 73,9 %-ni (7 milyard 548 milyon manat) "Cənub Qaz Dəhlizi" QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanətidir.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 52,4 %-ni sabit, 47,6 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 64,1 %, avro – 22,2 %, manat – 7,1 %, yapon yeni – 4,2 %, digər valyutalar – 2,3 %.

Dövlət zəmanətli borcun 68,8 %-i 5 ilə qədər olan müddətdə, 17,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 13,8 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Dövlət zəmanətli kreditlərin 15 %-i müxtəlif investorların, 5,6 %-i Dünya Bankının, 9,9 %-i Avropa İnvestisiya Bankının, 1,4 %-i İslam İnkişaf Bankının, 5,9 %-i Avropa Yenidənqurma və İnkişaf Bankının, 5,7 %-i Bank sindikatlarının, 4,2 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 10,7-i daxili kreditorların, 3,6 %-i Koreya İxrac-İdxal Bankının, 8,2 %-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 29,7 %-i isə digər kreditorların payına düşüb.

Paylaş:
227

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər