Fərhad Hacıyev: “İndiyədək Dördüncü “Yüksəliş” müsabiqəsi üçün 1200-ə yaxın qeydiyyatdan keçən var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərhad Hacıyev: “İndiyədək Dördüncü “Yüksəliş” müsabiqəsi üçün 1200-ə yaxın qeydiyyatdan keçən var”

12:34 - 01 / 03 / 2024
Fərhad Hacıyev: “İndiyədək Dördüncü “Yüksəliş” müsabiqəsi üçün 1200-ə yaxın qeydiyyatdan keçən var”

“Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin 2 saata yaxındır başlamağına baxmayaraq 1200-ə yaxın qeydiyyatdan keçən var” .

1news.az xəbər ki, bunu Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev brifinqdə deyib.

O bildirib ki, imtahan mərhələləsində yenilik olacaq.

“Belə ki, onlayn imtahan ilk mərhələdə olacaq. Final mərhələsində fərqli qiymətləndirmə tətbiq ediləcək”.

Qeyd edək ki, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı.

Sayca dördüncü müsabiqənin qeydiyyat mərhələsinə 1 mart tarixində start verilib.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər