Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi

Qafar Ağayev12:55 - 01 / 03 / 2024
Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi

1 mart tarixində hər kəsin səbirsizliklə gözlədiyi dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürdü.

1news.az xəbər verir ki, Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı www.yukselish.az vasitəsilə həyata keçirilir və mart ayının sonunadək davam edəcək.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. Müsabiqə Qeydiyyat, Onlayn, Əyani, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

Qeyd edək ki, ilk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən 12299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf pul mükafatı əldə edirlər.

Qeyd edək ki, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

Paylaş:
274

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər