Bakıda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb

11:51 - 02 / 03 / 2024
Bakıda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb

Polis əməkdaşaları paytaxtın Yasamal rayonu ərazisində 3 200 manatlıq rabitə kabeli oğurlayan şəxsləri saxlayıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər