Piyada diqqətsizliyi dəmir yolunda ağır qəzaya səbəb oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyada diqqətsizliyi dəmir yolunda ağır qəzaya səbəb oldu

Qafar Ağayev15:53 - 04 / 03 / 2024
Piyada diqqətsizliyi dəmir yolunda ağır qəzaya səbəb oldu

Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yol təmiri maşını(drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

ADY-ndan 1news.az-a verilən məlumata görə, Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.

Paylaş:
210

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər