AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib | 1news.az | Xəbərlər
Cəmiyyət

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

13:17 - 05 / 03 / 2024
AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

1news.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA U-17 Qızlar Liqasında "Neftçi" kollektivi texniki məğlubiyyət alıb.

"Ağ-qaralar"ın "Sabah"la dueldə həkimi olmadığı üçün qarşılaşma baş tutmayıb.

U-14 Qızlar Liqasında isə Göyçayın "Çinar" klubu bu halla üzləşib. Bölgə təmsilçisi İmişlidə "Mil-Muğan"la görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər