Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub

Qafar Ağayev14:45 - 05 / 03 / 2024
Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub

Azərbaycanla Konqo arasında siyasi, enerji, iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.

1news.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.

"Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - o bildirib.

Paylaş:
374

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər