Ötən il məişət zorakılığından əziyyət çəkən 83 nəfərə mühafizə orderi verilib
Ötən il məişət zorakılığından əziyyət çəkən 83 nəfərə mühafizə orderi verilib.
1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabata əsasən, 2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 553 müraciət daxil olub.
Komitənin "860 - Gender əsaslı zorakılıqla bağlı dəstək xətti"inə isə 302 dəfə müraciət edilib.
Hesabatda qeyd edilib ki, məişət zorakılığı ilə bağlı müraciətlərə dair zəruri tədbirlər görülüb, aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.
140