Avropada məşhur olan “Lynk & Co” avtomobil brendi rəsmi olaraq artıq Azərbaycanda! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropada məşhur olan “Lynk & Co” avtomobil brendi rəsmi olaraq artıq Azərbaycanda! - FOTO

11:15 - 06 / 03 / 2024
Avropada məşhur olan “Lynk & Co” avtomobil brendi rəsmi olaraq artıq Azərbaycanda! - FOTO

Azərbaycan avtomobil bazarında qabaqcıl şirkətlərdən biri olan “SR Group Co” MMC rəsmi olaraq yeni avtomobil brendini ölkəmizə təqdim etdi.

04.03.2024 tarixində "JW Marriott Absheron Baku" hotelində “Lynk & Co” brendinin Azərbaycanda möhtəşəm rəsmi təqdimat mərasimi baş tutdu. Hazırda ölkəmizdə brendin “Lynk & Co 01”, “Lynk & Co 03”, “Lynk & Co 05” və “Lynk & Co 09” modelləri təqdim olunur.

Premium seqmentə məxsus, "Mobilliyi sonsuzadək dəyişdirmək" missiyası ilə fəaliyyətə başlayan "Lynk & Co", innovativ dizayn, qabaqcıl texnologiya və dinamik yeni enerji ilə avtomobil mükəmməlliyini yenidən müəyyənləşdirir.

Geely Holding Group, Geely Auto Group və Volvo Cars tərəfindən qurulan" Lynk & Co "şirkəti 2016-cı ildə Almaniyanın Berlin şəhərində yaradılmış yeni qlobal Premium brenddir. "Lynk & Co" insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq platforma yaratmağa çalışan yeni nəsil avtomobil həvəskarları üçün yaradılmışdır.

“Azərbaycan avtomobil bazarına yeni nəfəs qatacaq Lynk & Co avtomobillərinin, ölkəmizdə innovativ xüsusiyyətləri ilə seçilən geniş çeşidli modellərini təqdim etməkdən qürur duyuruq”. Lynk & Co brendi müasir dizaynı və müştəri təcrübəsinə yönəlmiş unikal yanaşması ilə bütün Avropada tanınır. “Lynk & Co” yeni nəsil avtomobil həvəskarları üçün ən tələbkar ehtiyacları qarşılayacaq və gündəlik həyatlarında etibarlı tərəfdaş olacaqına inanırıq.Ümid edirik ki, yeni brend qısa zamanda ərzində hamı tərəfindən seviləcək.” – deyə “SR GroupCo MMC” -in Avtomobil Sektorun rəhbəri cənab Toğrul Paşayev bildirib.

Qeyd edək, rəsmi istehsalçı tərəfindən avtomobillərə 5 il və ya 150.000 km, hibrid sisteminə isə 8 il və ya 200.000 km zəmanət təqdim edir. Bu da qeyd olunan modelləri uzun müddət rahatlıqla idarə etməyə imkan verəcək. Avtomobilləri 10%-dan başlayan ilkin ödənişlə, sərfəli daxili kredit və bank şərtləri ilə əldə etmək mümkündür.

2023-cü ilin noyabr ayından etibarən brend, istifadəçilərə 1.000.000-dən çox avtomobil təqdim edərək bir sıra avtomobil markaları arasında böyümə rekordlarına imza atıb. Lynk & Co, Hollandiya, İsveç, Belçika, Almaniya, İtaliya və İspaniyada 11 daimi Lynk & Co klubu ilə Avropada genişlənməsini davam etdirir. 2021-ci ildə marka Küveytdən başlayaraq Körfəz və Asiya-Sakit Okean ölkələrində yeni bazarlara çıxaraq qlobal genişlənməsini sürətləndirdi. 2024-cü ildən isə Azərbaycan bazarında da təqdim olunmağa başlayır.

Brendin Azərbaycan bazarında distribütoru "Aztech Autohouse" MMC-dir. Məlum olduğu kimi, şirkət “SR Group Co” MMC-yə məxsusdur.

Xatırladaq ki, "SR GROUP MMC" müxtəlif sektorlarda müxtəlif uğurlu biznes sahələrinə sahibdir və 1996-cı ildən avtomobil sektorunda böyük təcrübəyə malikdir. Son illərdə holdingə məxsus şirkətlərin ölkəmizə gətirdiyi brendlərin sayının artdığını müşahidə edirik. Çox keçmədən "Lynk & Co" avtomobillərinin də Azərbaycan küçələrini rəngləndirəcəyinə və böyük tələbatla qarşılanacağına heç bir şübhə yoxdur. Gedişat ölkənin avtomobil tarixinin maraqlı bir fəslini yaşayacağımızı göstərir.

Avtomobillərlə yaxından tanış olmaq, sınaq sürüşünə yazılmaq üçün“Lynk & Co” Azərbaycan rəsmi satış mərkəzinə yaxınlaşın.

Lynk & Co brendi haqqında daha ətraflı məlumatı əldə etmək üçün ziyarət edin www.lynkco.com

Ünvan: Əhməd Rəcəbli 40 B

Əlaqə: *5544

Web: www.lynkco.az

Lynk & Co haqqında:

2016-cı ildə qurulan LYNK & CO, Geely Auto Group və Volvo Car Group arasında ortaq bir müəssisə olaraq qurulan qlobal bir avtomobil markasıdır. Lynk & Co, yeni nəsil açıq şəhər sakinləri üçün yaradılan "yeni Premium" bazarda yer alır. Brendin "avtomobildən kənarda düşünmək" missiyasından sonra Lynk & Co innovativ dizayn, qabaqcıl texnologiya, yeni təcrübə və yeni dinamik enerjini birləşdirərək müştərilərə dəyərli təcrübə təqdim etməyi hədəfləyir. Qlobal, Açıq və bir-biri ilə əlaqəli anadan olan marka, insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq bir platforma yaratmaq istəyir. Əlaqə: [email protected]

Reklam hüququnda

Paylaş:
334

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər