DSX: İrandan 11 kiloqramdan artıq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: İrandan 11 kiloqramdan artıq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb

17:17 - 07 / 03 / 2024
DSX: İrandan 11 kiloqramdan artıq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Martın 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər