Bakıda Novruz iməciliyi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Novruz iməciliyi keçiriləcək

Qafar Ağayev09:54 - 07 / 03 / 2024
Bakıda Novruz iməciliyi keçiriləcək

Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakıda iməcilik keçiriləcək.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, martın 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

"Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır", - məlumatda vurğulanıb.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər