Salyanda 67 yaşlı kişi itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda 67 yaşlı kişi itkin düşüb

11:48 - 07 / 03 / 2024
Salyanda 67 yaşlı kişi itkin düşüb

Salyan rayon sakini itkin düşüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Babazənən yaşayış massivinin sakini, 1957-ci il təvəllüdlü Ələkbərov Hüseyn İsrafil oğlu dörd gün öncə evdən çıxıb və geri qayıtmayıb.

Onun Kür çayına düşdüyü ehtimal olunur.

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər