Abşeronda qanunsuz tikililər sökülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda qanunsuz tikililər sökülüb - FOTO

Qafar Ağayev12:47 - 07 / 03 / 2024
Abşeronda qanunsuz tikililər sökülüb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeronda qanunsuz tikililər söküb.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Paylaş:
213

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər