“Ədibin Evi”nin ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı kitab təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Ədibin Evi”nin ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı kitab təqdim olunub - FOTO

Qafar Ağayev16:17 - 08 / 03 / 2024
“Ədibin Evi”nin ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı kitab təqdim olunub - FOTO

Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib.

1news.az xəbər verir ki, kitaba müsabiqənin münsiflər heyətinin sədri, Xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edilib. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi...” adlı kitab "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişidir - “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim olunacaq.

Yeni nəşrin təqdimatı tanınmış yazıçı, ədəbiyyatşünas və tənqidçilərin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyində baş tutub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçıları İçərişəhərdəki Mir Cəlal ocağının həmtəsisçiləri adından salamlayıb. Bildirib ki, Fondun məqsədi Azərbaycan ədəbiyyatının tədqiq və təbliği ilə bağlı fəaliyyət qurmaqdır. Burada 2017-ci ildən bəri keçirilən və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə Müsabiqəsi ənənəvi hal alıb. BDU-nun professoru Ədibə Paşayevanın ötənilki təklifi ilə münsiflər bu dəfə yalnız qaliblərin elan edilməsi ilə kifayətlənməyib, seçilmiş əsərləri müasir Azərbaycan ədəbiyyatına bir töhfə kimi kitab şəklində hazırlamağa qərar veriblər.

Sonra tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi Qismət Rüstəmov dəmir yolu sənayesinin inkişafının ədəbi janra gətirdiyi yeniliklər barədə danışıb.

Əməkdar memar Akif Abdullayev isə təqdimatın keçirildiyi Sabunçu vağzalının tarixi binası və onun təyinatı barədə xatirələrini bölüşüb.

Münsiflər heyətinin üzvləri - Xalq şairi Nəriman Həsənzadə, tanınmış sənətşünas İlham Rəhimli və Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibi Seymur Oruc yazıçıları hekayələrinin işıq üzü görməsi münasibətilə təbrik edib, Azərbaycan dilinin paklığının qorunması istiqamətində fəaliyyətlərində onlara nailiyyətlər arzulayıblar.

Təqdimat mərasiminə yekun vuran ADY sədrinin müşaviri Aysel Soltanova qeyd edib ki, 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Azərbaycan Dəmiryol Muzeyi pandemiya səbəbindən uzun müddət bağlı qalsa da, ötən ilin dekabrında ziyarətçilərin istifadəsinə verilib. Muzey bundan sonra həm də belə mədəni tədbirlərə ev sahibliyi edəcək. “Ədibin Evi”nin kitab ideyasına həvəslə qoşulan ADY bu nəşri eksklüziv olaraq qatarlarda sərnişinlərin səyahət vaxtının daha mənalı və xoş keçməsi üçün təqdim edəcək.

Təqdimat mərasimində gənc istedad, Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbinin şagirdi Nuray Şahsuvarlı Beynəlxalq Muğam Mərkəzinin ifaçılarının müşayiəti ilə musiqi nömrələri ifa edib.

Paylaş:
498

Son xəbərlər

14 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib13 / 12 / 2024, 16:31Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı13 / 12 / 2024, 16:28Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb13 / 12 / 2024, 16:27ETSN sözçüsü: hava xəbərdarlıqları baş verə biləcək təhlükələrdən qorunmaq üçündür13 / 12 / 2024, 16:25Azərbaycanın İrandakı Səfirliyinin konsulluq xidməti fəaliyyətini bərpa edir13 / 12 / 2024, 16:21Bakıda 4 marşrutun hərəkət sxemi dəyişiklik, yeni marşrut xətti istifadəyə verilir13 / 12 / 2024, 16:09Fransaya yeni Baş nazir təyin edildi13 / 12 / 2024, 16:07Köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB13 / 12 / 2024, 15:56Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir13 / 12 / 2024, 15:27Hərbi xidmətdən boyun qaçıran şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılacaq13 / 12 / 2024, 15:26Çağırışçılarla bağlı yeni cərimələr müəyyənləşir13 / 12 / 2024, 15:23
Bütün xəbərlər