Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb - YENİLƏNİB
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.
1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda tərəflər arasında birgə tədqiqat, təkmilləşdirmə və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.
***
17:10
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb.
1news.az xəbər verir ki, bu barədə "Baykar" şirkətinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, müqavilə iki ölkə üçün faydalı olacaq.
Azerbaycan Cumhuriyeti Savunma Bakanlığı ile "Ortak Araştırma Geliştirme ve Üretime Yönelik İş Birliği Sözleşmesi" imzaladık.
Anlaşmanın hayırlara vesile olmasını dileriz.
✈️🇹🇷🇦🇿
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat… pic.twitter.com/cCBiP1puPs — BAYKAR (@BaykarTech) March 8, 2024