Naxçıvanda ikimərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ikimərtəbəli evdə yanğın olub

Qafar Ağayev12:08 - 08 / 03 / 2024
Naxçıvanda ikimərtəbəli evdə yanğın olub

Naxçıvanda ikimərtəbəli evdə yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əylis kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 29 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
281

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər