Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq

11:56 - 11 / 03 / 2024
Sabahdan metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq".

Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər