Ağstafada 18 yaşlı oğlan stadionda cərəyan vurması nəticəsində ölüb
Ağstafada şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata göörə, martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
İlkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.
229