Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb

Qafar Ağayev10:08 - 12 / 03 / 2024
Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb

Martın 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər