Agentlik valideynlərə müraciət: Təşvişə düşməyin | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik valideynlərə müraciət: Təşvişə düşməyin

Qafar Ağayev11:10 - 12 / 03 / 2024
Agentlik valideynlərə müraciət: Təşvişə düşməyin

Ötən gün sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Edilən paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar:

“Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə səsləyirik”.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər