Azərbaycanda qohum evliliyi qadağan edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qohum evliliyi qadağan edilə bilər

11:58 - 12 / 03 / 2024
Azərbaycanda qohum evliliyi qadağan edilə bilər

Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur:

"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".

Paylaş:
610

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər