NARGIS jurnalının və NARGIS xeyriyyə fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

NARGIS jurnalının və NARGIS xeyriyyə fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib

16:52 - 13 / 03 / 2024
NARGIS jurnalının və NARGIS xeyriyyə fondunun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib

Martın 11-də Nizami Kino Mərkəzində NARGIS jurnalının və NARGIS xeyriyyə fondunun fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi baş tutub.

1news.az xəbər verir ki, tədbirdə jurnal və fondun tərəfdaşları, xeyriyyəçilər, nazirlik və idarələrin, yerli və xarici şirkətlərin nümayəndələri, mədəniyyət, elm və incəsənət xadimləri, ictimai xadimlər, jurnalistlər, blogerlər iştirak ediblər.

11 ildən artıqdır ki, NARGIS jurnalı Azərbaycan bazarında lider mövqe tutur. Jurnalın ilk nömrəsi 2012-ci il dekabrın 13-də işıq üzü görüb. Bu müddət ərzində müxtəlif tədbirlər işıqlandırılıb, həm yerli, həm də xarici incəsənət və mədəniyyət xadimləri, məşhur dizaynerlər və memarlar, aktyorlar, musiqiçilər və ifaçılarla müsahibələr keçirilib.

Maarifləndirici fəaliyyətlə yanaşı, mədəni irs və müasir tendensiyalar haqqında məlumat verən jurnal ekoloji və sosial təşəbbüslərin həyata keçirilməsində də fəal iştirak edir. Çoxsaylı tədbirlər və layihələr nəşriyyatın həm indiki, həm də keçmiş əməkdaşlarının hekayələrində və xatirələrində əks olunub. Film VarYox komandası tərəfindən çəkilib.

NARGIS Fondu 2012-ci ildə NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildə xeyriyyəçilik fəaliyyətinə başlayıb. Fondun əsas məqsədi sosial cəhətdən həssas insanlara, ilk növbədə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etməkdir. Fond paytaxtın mərkəzində təşkil olunan “Soyuq Əllər, İsti Ürək”, “Torpaq əlimdə, bahar ürəyimdə”, “YayLand Fest” kimi irimiqyaslı xeyriyyə yarmarkalarının təşkilatçısıdır. Yarmarkalardan alınan bütün vəsaitlər uşaqların müalicəsi və əməliyyatlarına sərf olunur.

Gecənin qonaqlarını jurnalın icraçı direktoru Müjgan Qafarzadə və fondun icraçı direktoru Nərmin İbrahimbəyli salamlayıblar.

“Əlbəttə, gördüyümüz bütün işləri və xatirələri bir filmdə əks etdirmək sadəcə olaraq mümkün deyil”, – Müjgan Qafarzadə deyib, – “amma biz ən önəmli anları sizinlə bölüşməyə çalışdıq. Bu layihələrin hər birində, ümumiyyətlə, Nargis jurnalında yaşadığımız hər gündə qəlbimizin bir hissəsi əks olunub”.

“Bu gün sizinlə izləyəcəyimiz filmi həm NARGIS ailəsinin pərdəarxası, həm NARGIS fondu və jurnalının ictimaiyyət qarşısında hesabatı adlandırmaq olar. Amma fikrimcə, bu filmi bir ilham mənbəyi əsəri adlandırmaq daha doğru olar”, – deyə Nərmin İbrahimbəyli bildirib.

Paylaş:
539

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər