Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Qafar Ağayev17:54 - 13 / 03 / 2024
Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir. Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması işləri uğurla davam etdirilir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdində Zabux kənd həkim məntəqəsi yaradılıb.

800 nəfər sakini olan Zabux kəndinin həkim məntəqəsində ilkin tibbi xidmətlərin təşkil olunması nəzərdə tutulur.

Tibb müəssisəsində 1 həkim (məntəqə müdiri), 3 orta tibb işçisi fəaliyyət göstərəcək.

Qeyd edək ki, məntəqə binası təmirdən sonra istifadəyə verilib və 4 otaqdan ibarətdir. Tibb məntəqəsi zəruri avadanlıq, tibbi sərf və dərmanlarla təchiz olunub.

Məlumat üçün bildirək ki, hazırda Şuşa və Laçında modul tipli xəstəxanalar, Zəngilan rayonunun Ağalı kəndi, Hadrut qəsəbəsi və Cəbrayıl şəhərində ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

Paylaş:
265

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər