Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

09:07 - 13 / 03 / 2024
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Tədbirlərlə rayon sakinləri – Mirzəyev Balakişi və Əsgərov Ülvi saxlanılıblar.

B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər