Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib

Qafar Ağayev16:40 - 14 / 03 / 2024
Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib

Neftçala və Oğuz rayonlarına yeni polis rəisləri təyin edilib.

1news.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər