Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Emil Məsimov saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
221